16 yaşlı qaçqın Qırmızı Xaç Komitəsinin əməkdaşını zorladı
16 yaşlı əfqan qaçqın Belçikada Beynəlxaql Qırmızı Xaç Komitəsinin əməkdaşını zorlamaqda ittiham edilir.
BAKU.WS-in məlumatına görə, Qırmızı Xaçın regional bölməsinin nümayəndəsi Amma Lyoyten bildirib ki, həddi-buluğa çatmamış əfqan Menen şəhərində qaçqınlar üçün yaradılmış mərkəzdə 5 aydır ki qalırdı. Lyoytenin sğzlərinə görə, əfqan BQXK-in gənc işçisini zorlayıb.
"Görünür ki, yeniyetmə bir müddət öncədən qıza diqqəti yönəldib. Gənc qız oğlanın hislərinə qarşılıq cavab verməkdən imtina edib. Həddi-buluğa çatmamış qaçqınlar Belçikaya çatanda Beynəlxalq Qırmızı Xaç komitəsinin əməkdaşları onlara iki şey öyrədir.
Birincisi - seksual təhsil. Bəzən valideynlərsiz 14, 15 və ya 16 yaşlı uşaqlar heç nə bilmirlər. Həmçinin bizə izah etmək lazım gəlir ki, qadınlarla hansı münasibət bizdə normaldır", - deyə Lyoyten söyləyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qırmızı işıqda keçən yol polisini işdən qovdular (VİDEO)
Ötən il dekabrın 18-də Bakının Mikayıl Müşviq küçəsində 99-YP-362 qeydiyyat nişanlı "BMW" markalı YPX avtomobilinin sürücüsü yolayrıcındakı svetoforun qırmızı i...