Bakıda qırmızı işıqda keçən yol polisini işdən qovdular (VİDEO)
Ötən il dekabrın 18-də Bakının Mikayıl Müşviq küçəsində 99-YP-362 qeydiyyat nişanlı "BMW" markalı YPX avtomobilinin sürücüsü yolayrıcındakı svetoforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirib. BAKU.WS-in məlumatına görə, bu görüntüləri qeydə alınan Avtosfer.az-ın oxucularından biri məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisinə müraciət edib. Vətəndaş öz müraciətindən tam haqlı olaraq bildirib ki, «Yol hərəkəti haqqında» qanunun 48-ci maddəsinin 1-ci hissəsində və 74-cü maddəsinin 2 ci hissəsində göstərilib ki, "Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər". Vətəndaş öz müraciətində DYP rəhbərliyindən xahiş edib ki, "mənə cavab məktubunda həmin YPX avtomobilinin sürücüsünün hansısa xidməti vəzifəsini yerinə yetirməsi üçün və yaxud tağım komandirinin hansısa göstərişinə görə qırmızı işıqda keçdiyini yazmayasınız. Çünki "Yol Patrul Xidməti Haqqında Təlimat"ın 7.43 cü bəndində göstərilib ki, «Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir». Vətəndaşın müraciətinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov şəxsən özü cavab verib. Rəis cavab məktubunda qeyd edib ki, vətəndaşın göstərdiyi tarixdə 99 YP 362 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən yol polisi əməkdaşı Ə.Süleymanlı daxili işlər orqanlarında xidmətdən xaric edilib. Lakin onun xidmətdən xaric edilməsi çox güman ki, qırmızı işıqdan keçməsi ilə bağlı deyil… BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzində kobudcasına qaydanı pozan “Bakı Taxi”nin sürücüsü (VİDEO)
Bakı şəhərində fəaliyyət göstərən "Bakı Taxi”nin sürücüsü günün günorta çağı yol hərəkəti haqqında qanunu kobud şəkildə pozur. BAKU.WS-in məlumatına görə, bu b...