Yolu qırmızı işıqda keçmək istəyən ana və 5 yaşlı oğlunu maşın vurdu (VİDEO)
17
okt
2015
13:09
Bu gün Rusiyanın Volqoqrad vilayətində yolu keçən ananın məsuliyyətsizliyi az qala böyük faciə ilə nəticələnəcəkdi. BAKU.WS-in məlumatına görə, 29 yaşlı A.Bıstrova 5 yaşlı oğlunun əlindən tutaraq yolu keçməyə cəhd edib. Qadın yolu işıqforun qırmızı işığında keçmək istəyib. Bu zaman sürətlə hərəkət edən "Ford” markalı mikroavtobus onların üstünə gəlib.
Maşın qadını vurub, uşaq isə az qalıb təkərin altına düşsün. Möcüzə nəticəsində uşaq sağ qalıb. Ana ağır kəllə-beyin travması alıb və onu xəstəxanaya yerləşdiriblər. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Sərnişin avtobusu 3 qızı birdən vurdu (VİDEO)
Rusiyanın Krasnodar vilayətində dəhşətli avtobus qəzası baş verib. BAKU.WS-in məlumatına görə, iritutumlu sərnişin avtobusu yüksək sürətlə hərəkət edərək yolu...