16 il həbsdə yatan Quba sakini yenidən cinayət törətdi
30
okt
2019
19:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunmuş Firudin İskəndərov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Oxşar xəbərlər
Qubada əməliyyat - 28 yaşlı kişi saxlanıldı - FOTO
Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyy...