Azərbaycanda məsciddən namaz xalçaları oğurlandı - FOTO

29
avq
2019
13:15
Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda film kimi hadisə: Oğul öz əməli ilə atanı şoka saldı - FOTO
Qubada oğurluq hadisəsi baş verib.DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Vladimirovka kənd sakini Kərim Əlişano...
