Azərbaycanda brilliantları 163 min manata satmaq istəyən dəstə üzvləri tutulub
30
iyl
2019
10:57
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində brilliant daş-qaşı satan dələduz dəstə üzvlərinin ifşa olunması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı, rayon ərazisində küllü miqdarda dəyəri olan iki ədəd brilliant daş-qaşları satmaq istəyən beş nəfərdən ibarət dəstəüzvləri “iş başında” saxlanılıblar.Araşdırmalarla onların Quba rayon sakinləri, 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri, 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilliant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.
Oxşar xəbərlər
Goranboyda 12 baş mal-qara oğurlayan şəxslər saxlanıldı
Goranboy rayonunda mal-qara oğurluğu ilə məşqul olan şəxslər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə muxb...