SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri ölüb digərinin vəziyyəti ağırdı.

BAKU.WS "apa"ya istinadən xəbər verir ki, hadisə avqustun 14-dən 15-ə keçən gecə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.

Rayonun Aşağı Çardaqlar kənd sakini 29 yaşlı Yusif Sədrəddin oğlu Musayevin idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə rayonun Höytala kənd sakini 34 yaşlı Ramazan Əhməd oğlu Qabaçovun idarə etdiyi “Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılardan Ramazan Qabaçov xəstəxanaya aparılarkən yolda keçinib.

Digər yaralı Yusif Musayev isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS