SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşını hərəkətdə olan zaman toqquşub. Nəticədə "Toyota Prado" markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov hadisə yerində ölüb, "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon sakini, 1985-cil təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

C.Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA