Xaçmazda zəncirvari qəza: ÖLƏN VAR - FOTO

Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşını hərəkətdə olan zaman toqquşub. Nəticədə "Toyota Prado" markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov hadisə yerində ölüb, "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon sakini, 1985-cil təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
C.Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
4 nəfərin xəsarət aldığı qəzada avtomobil iki yerə bölündü – VİDEO – FOTO
Bərdənin Cəyirli kəndində zəncirvari qəza baş verib.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Mercedes” və “VA...
