SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə baş vermiş silahlı hücumdan sonra dünyasını dəyişən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) dəfn edilib.

BAKU.WS report-a istinadən bildirir ki, mərhumla vida mərasimində onun ailə üzvləri ilə yanaşı, qohumları, müxtəlif ölkələrdən olan dostları və yerli əhali iştirak edib.

Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbristanlığına aparılıb. 

Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar Şəhidlər xiyabanı küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Küçəyə yolboyu qərənfillər səpilib. Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunub.

Qeyd edək ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011" dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıblar. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.

Xatırladaq ki, Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. O, gənc yaşlarında atasının qatilini məhkəmə zalında güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan"ın qətlindən sonra - 2013-cü ildə Dubaya (Birləşmiş Ərəb Əmirliyinə) getdiyi deyilirdi. Dubayla yanaşı o, mütəmadi olaraq İstanbulda da görünürdü.
 
***10.04 
 
Bu dəqiqələrdə cənazə namazının qılınması üçün hazırlıqlar başlanıb. 

Musavat.com-un Lənkərana ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, dini ritualın məscidin önündə də icra olunacağı haqda məlumat var.  

Hüzr mərasiminə kriminal aləmin nümayəndələri ilə yanaşı Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılıblar. 

Bu da təbiidir. Yerli sakinlər deyirlər ki,  dini ritualların belə izdihamlı keçməsi Lənkəranda adətən Aşura mərasimləri zamanı müşahidə olunur.
 
BAKU.WS