Şamaxıda 13 yaşlı qız özünü asıb

Şamaxı rayonunda intihar hadisəsi olub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində rayonun Kiçik Xınıslı kəndində qeydə alınıb.
Kənd sakini, 2000-ci il təvəllüdlü Zeynəb Əzimzadə yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün uşağın həyatını xilas etmək mümkün olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerindədir. On üç yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Üç uşaq atası özünü asdı
Göyçay rayon sakini özünü öldürüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 6:00 radələrində rayonun Bığır kənd sakini, 1970-ci il təvəllüdlü...
