VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Lənkəranda ölüm hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun istirahət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, Lənkəranın Velədi kənd sakini, 2002-ci il təvəllüdlü Zəhra Səfail qızı Şıxəlizadənin əhvalı qəfildən dəyişib və o, müvazinətini itirərək, istirahət mərkəzinin pilləkənindən yerə yıxılıb. Ətrafdakıların köməyi ilə 14 yaşlı qız dərhal  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.