SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadən məlumatına görə, dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.

Yanğının binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında baş verdiyi bildirilir. Hadisəyə mənzildəki paltaryuyan maşında baş verən qısaqapanmanın səbəb olduğu deyilir.

Yanğın ötən gün saat 20.00 radələrində baş verib. Hadisə vaxtı mənzil sahibi evdə olmayıb.