VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıt şəhərində nəvə və nənəni maşın vurub, bir nəfər ölüb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 13-də saat 21 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elvin Bəkirov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Güldərən Qasımovanı və nəvəsi Ülkər Almaszadəni vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib və G.Qasımova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi faktla bağlı araşdırma aparır.
 
BAKU.WS