Şəki şəhərində cinsi zorakılığa məruz qaldığı iddia edilən və sağlamlıq imkanları məhdud olan 21 yaşlı M.A. barədə yeni xəbər var.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin qız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsindəki sığınacağına yerləşdiriləcək.

Qeyd edək ki, cinsi zorakılığa məruz qalması iddia edilən qız hamilədir və kirayə qaldığı evdən atılmışdı.

BAKU.WS