SİZİN REKLAM BURADA!
055 213 76 73


 

  

"Amrahbank" bu gün rəsmi saytına edilən kiber hücumla bağlı açıqlama yayıb.
 
BAKU.WS-in banka istinadla verdiyi məlumata görə, artıq kiberhücumun fəsadları aradan qaldırılıb və bankın rəsmi saytı normal qaydada fəaliyyət göstərir.

"Amrahbank"ın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli kiberhücumla əlaqədar açıqlama verib: "Bildiyiniz kimi, bankımızın rəsmi saytına kibehücumlar baş tutub. Öncədən deyim ki, hücumlar bankın əməliyyat fəaliyyətinə heç bir təsir etməyib. Bizim kifayət qədər güclü mütəxəssislərimiz var və onlar dərhal hücumların fəsadlarını aradan qaldırmaqla məşğul oldular. Bunun nəticəsidir ki, saytımız qısa bir müddət ərzində normal fəaliyyətini bərpa etdi. 
Veb-saytın bankın əməliyyat sistemi ilə bağlılığı yoxdur. Amrahbank heç bir ziyan görməyib və müştərilərin bank məlumatları hər bir zaman qorunur!”, - deyə bank rəsmisi söyləyib. 
 
Qeyd edək ki, bu gün özlərini "İslamic Kiber Army" adlandıran İŞİD hakerləri "Amrahbank"ın saytına kiber hücum ediblər. Təşkilat "Amrahbank"ın saytında yerləşdirdiyi xəbərdarlıqda bildirib ki, əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatların hamısını internetdə yerləşdirəcəyik".
 
ŞAHİN Həbibov
BAKU.WS