Azərbaycan ordusunda psixoloqlarla görüş keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunda psixoloqların peşə hazırlığının artırılması istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda xüsusi psixoloji təlim təşkil olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Təlim, hərbi psixoloqların müxtəlif ekstremal şəraitlərdə daha effektiv fəaliyyət göstərə bilmələri üçün nəzərdə tutulub.
Tədbir proqramına Türkiyədən dəvət edilmiş psixoloqlar "Şəxsiyyət pozuntuları", "Blackboard terapiya" mövzularında təqdimatlarla çıxış ediblər. Mütəxəssislər tərəfindən iştirakçılara fərdlərarası sözlə təsirin qüvvəsi, özünü idarəetmə zamanı sözün təsir gücü, eləcə də şəxsiyyət pozuntularının göstəriciləri barədə ətraflı məlumatlar verilib.
Təlimin sonunda nəzəri və praktiki biliklərin qiymətləndirilməsi məqsədilə interaktiv tapşırıqlar yerinə yetirilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...