SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda yük avtomobili qəzaya uğrayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sülh küçəsində “Honda” markalı avtomobili idarə edən sürücü yol nişanın tələbini pozaraq əsas yola çıxıb.

Bu zaman “İsuzu” markalı yük avtomobili minik avtomobilinə çırpılıb. Nəticədə yük avtomobili aşıb. Qəza nəticəsində yük maşınında olan un kisələri yola dağılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

BAKU.WS
VİDEO

QALEREYA