SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda küçədən kişi meyiti tapılıb.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, X. Mustafayev küçəsində qeydə alınıb.

Küçədən 25-30 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Araşdırmalarla meyitin əvvəllər məhkum olunmuş 38 yaşlı Eldar Ələsgərova məxsus olduğu üzə çıxıb.

E. Ələsgərovun hansı səbəbdən ölməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS