SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda daha bir baykerlə yol polisi arasında insident yaşanıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb. Yayılan videoda görünür ki, yol polisi baykeri saxlayıb və motosikleti cərimə meydançasına aparır.

Yol polisi motosikletin cərimə meydançasına aparılma səbəbini normal izah edə bilməyib. Bircə onu bildiriblər ki, sürücünün sürücülük vəsiqəsində kateqoriya uyğun deyil. Lakin sürücü bunun əksini bildirib.

 

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov məsələyə münasibət bildirib. O, deyib ki, hadisə araşdırılacaq. 

 

Ziya Səccad

BAKU.WS