SİZİN REKLAM BURADA!
055 213 76 73


"Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev BAKU.WS-ə məlumat verib.

"Bu olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz. Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə tətbiq edilir", - deyə qurum rəsmisi bildirib.

***12:38

Son vaxtlar ölkədə gənclər arasında operativ xidmətlərə zəng vuraraq yalan məlumat vermə halları baş verir.

BAKU.WS xəbər verir ki, belə hallardan biri də Azərbaycan rayonlarının birində baş verib.

Sosial şəbəkələrdə yayılan video görüntüdə əks olunur ki, gənclər Təcili Tibbi Yardım Xidmətinin “103” xidmətinə zəng edərək əsassız müraciət ediblər.

Təcili yardıma zəng vuran gənc “Dostum siqaretini içinə (nəfəsinə) çəkərkən ürəyi gedib, yıxılıb”, - deyə məzələnib.

Həmin görüntünü təqdim edirik:

BAKU.WS
VİDEO