SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İmişlidə baş vermiş zəlzələ ilə bağlı həm İmişlidə, həm də zəlzələnin hiss olunduğu ətraf rayonlarda əhalinin narahatlığına heç bir əsas yoxdur. Bunu Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, səhər saatlarında baş vermiş əsas təkanda enerji boşalması baş verib: "Əsas təkandan sonra iki-üç dəfə afterşoklar qeydə alınıb və gün ərzində də zəif afterşokların baş verməsi davam edəcək. Əsas təkanda enerji boşalması artıq baş verib. Zəlzələnin maqnitudası 5,6 bal gücündə olub. Həmin ərazidə də tarixən baş verən zəlzələlər bundan güclü olmayıb. Sadəcə bəxtimiz onda gətirib ki, zəlzələ 25 km dərinlikdə baş verib və ona görə də zəlzələnin fəsadları azdır. Yəni qorxulu bir şey yoxdur, əhalinin narahatlığına heç bir əsas yoxdur”.

Qeyd edək ki, bu gün səhər saatlarında İmişli rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxın ərazilərdə, o cümlədən Mingəçevir, Gəncə, Göranboy, Qəbələ və Şəkidə də hiss olunub.
 
BAKU.WS