SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Qeyd edək ki, Leyla Gərayzadə 1947-ci il martın 1-də Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətində anadan olub. 1964-1971-ci illərdə BDU-nun Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. 1985-1988-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasının dissertantı olub. 1989-cu ildə “Sergey Vasilyev və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Leyla Gərayzadə 2003-cü ildə dosent, 2011-ci ildə “Milli və ümumbəşəri amillər Azərbaycan və Orta Asiyanın rusdilli yazıçılarının yaradıcılığında” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1973-1979-cu illərdə BDU-nun Təbiət fakültələri üzrə Rus dili kafedrasında müəllim (saat üzrə ödəniş şərtləri əsasında), 1979-1994-cü illərdə BDU-nun Humanitar fakültələr üzrə Rus dili kafedrasında baş laborant, müəllim və baş müəllim. 1994-2011-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasında dosent, 2013-2016-cı illərdə Rus ədəbiyyatı tarixi kafedrasında professor əvəzi, 2016-cı ildən Rus ədəbiyyatının tarixi kafedrasının professoru vəzifələrində çalışıb.

Leyla Gərayzadə elmi-pedaqoji fəaliyyəti dövründə 120-dən çox elmi məqalə, 10-dan çox kitab, metodik göstəriş və proqramın müəllifi olub.

BAKU.WS