SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

BAKU.WS "qafqazinfo"-ya istinadla xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub. O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur “Neyçün bəs” mahnısının müəllifir. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirmişdi.

BAKU.WS