SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İyulun 17-də polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstənin iki üzvü - Qaqik Yeqiazaryan və Aram Akopyan hüquq-mühafizə orqanlarına təslim olub.

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat katibi Aşot Aqaronyan məlumat verib.

Onun sözlərinə görə, atışma baş verib, nəticədə 1 polis, həmçinin "Sasna tsrer" qruplaşmasının üzvləri Pavel Manukyan və oğlu Aram yaralanıb. Hər üç nəfər xəstəxanaya yerləşdirilib.

"Hazırda atışma dayanıb, silahlı qrup üzvlərinin təhvil verilməsi prosesinin başa çatdırılması üçün danışıqlar aparılır", - deyə Aqaronyan bildirib.
 
BAKU.WS