VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzdakı meşə yanğını söndürülüb.

BAKU.WS FHN-in yaydığı məlumata istinadən xəbər verir ki, saat 16:04 dəqiqədə Oğuz rayonunun Mollalı kəndi ərazisində meşə zolağında 0,5 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın saat 18:48 dəqiqədə FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

18.46

Oğuz rayonunda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.​

BAKU.WS ​"Report"a istinadən xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.​

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Məlumata görə, yanğın hələ də davam edir.

BAKU.WS