Oğuzdakı meşə yanğını söndürüldü - YENİLƏNİB

Oğuzdakı meşə yanğını söndürülüb.
BAKU.WS FHN-in yaydığı məlumata istinadən xəbər verir ki, saat 16:04 dəqiqədə Oğuz rayonunun Mollalı kəndi ərazisində meşə zolağında 0,5 ha sahədə quru ot və kol-kos yanıb.
Yanğın saat 18:48 dəqiqədə FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
18.46
Oğuz rayonunda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.
Məlumata görə, yanğın hələ də davam edir.
Oxşar xəbərlər
Oğuzda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə helikopter cəlb edildi - YENİLƏNİB
20 avqust tarixində Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (...
