Orduya çağırılan ehtiyatda olan əsgərlərlə bağlı rəsmi məlumat (FOTO)

Orduya çağırılan ehtiyatda olan əsgərlərlə bağlı rəsmi məlumat (FOTO)
Hadisə 6660

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6.000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.

Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir.

ŞAHİN HƏbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın böyük təlimindən ən son görüntülər (FOTO)

Azərbaycanın böyük təlimindən ən son görüntülər (FOTO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş tex...

4428 Hadisə 11:52 09 sentyabr 2015

Son xəbərlər