VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

Zaqatala rayonu ərazisində itkin düşən yaşlı kişi 9 gün sonra tapılıb.


BAKU.WS məlumat verir ki, 28 avqust tarixində itkin düşən Bakı sakini Şamil Əliyev uzun axtarışlardan sonra tapılaraq ailəsinə təhvil verilib.


68 yaşlı kişi Bakıdan qohumlarını görmək üçün Zaqatala rayonuna gedib. Kişi Zaqatala rayonunda Şamilovka adlanan ərazisində 13 gün çobanlarla qaldıqdan sonra Mazıx kəndinə yola düşüb. Yolu yaxşı tanımadığı üçün dağlıq-meşəlik ərazidə azıb. 


9 gün ərzində dağda qalan Ş.Əliyev möcüzəvi şəkildə sağ qalıb. O, bu müddətdə ancaq fındıq və su ilə qidalandığını bildirib. Ac qaldığı üçün zəifləyən Ş.Əliyev hazırda Zaqatala rayonunda bacısının evində müalicə olunur.

 

Ayşən Ayxan

BAKU.WS