SİZİN REKLAM BURADA!
055 213 76 73


"Binəqədi şossesi Binəqədi kəndi istiqamətində qəza baş verib. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub".

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat daxil olub:

"Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb".

*** 16:17

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Hadisə Binəqədi rayon ərazisində yerləşən İkinci Mədən ərazisində qeydə alınıb.

Şahidlərin dediyinə əsasən, qəza zamanı sərnişinlər arasında xəsarət alanlar olub.

BAKU.WS
VİDEO