İsmayıllıda narkotik satan şəxs saxlanıldı

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı evində narkotik vasitə gizlətməkdə şübhəli bilinən Tircan kənd sakini, əvvəllər də məhkum olunmuş Sarvan Fətullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbalarda və kibrit qutularında satış məqsədilə saxladığı, ümumi çəkisi 1 kiloqram 83 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Fətullayevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...
