SİZİN REKLAM BURADA!
055 213 76 73


Astarada qardaşlarına balta ilə xəsarət yetirən bacılar saxlanılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisənin bəzi təfərrüatları məlum olub.

Belə ki, rayonun Təngərüd kənd sakinləri, 1979-cu il təvəllüdlü Nargilə Fariz qızı Qənbərova və onun bacısı - 1992-ci il təvəllüdlü Nadirə Fariz qızı Qənbərova 1982-ci il təvəllüdlü qardaşları İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.

Məlumata görə, hadisədən bir neçə gün əvvəl qadınlar İ.Qənbərova məxsus ata evinin həyətində tikdirdiyi evin bir otağını yandırıblar.

İlkin istintaq tədbirləri nəticəsində Nargilə və Nadirə bacıları qardaşlarının onlara qarşı pis davranmasına görə belə bir hadisəni törətdiklərini bildiriblər.

Yanğın hadisəsindən xəbər tutan İ.Qənbərov yanvarın 4-də Rusiyanın Dağıstan Respublikasından Astaraya qayıdıb və bacılarını polisə verəcəyini deyib. Gecə saatlarında isə bacılar qardaşı yatdığı zaman ona hücum edərək xəsarətlər yetiriblər.

Xatırladaq ki, Nargilə və Nadirə bacılarının ruhi xəstə olduqları bildirilir.

***10:32

Astara rayonunda qardaş bacıları tərəfindən baltalanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Təngərüd kəndində İlkin Fariz oğlu Qəmbərova bacıları Nadirə və Nargilə tərəfindən balta ilə xəsarətlər yetirilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Qəmbərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Vəziyyəti ağır qiymətləndirilir.

Hələlik hadisənin səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS