SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib.

BAKU.WS
-in məlumatına görə, bu barədə Yasamal rayon Polis İdarəsindən APA-ya bildirilib. Verilən məlumata görə, hadisə "Caspian Plaza”da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS