055 213 76 73
Bakının Nizami rayonunda iki mənzilində fahişəxana təşkil edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hər iki ev Naxçıvanski küçəsində yerləşib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Naxçıvanski küçəsi ev 64-də və Naxçıvanski küçəsi 39 ünvanında əxlaqsızlıq yuvasının təşkil olunduğu məlum olub.
Keçirilən əməliyyat nəticəsində 1993-cü il təvəllüdlü Fəqan Əzizi və 1961-ci il təvəllüdlü Əsmər Kazımova saxlanılıb. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS