SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının mərkəzində yol polisi əməkdaşları ilə minik avtomobili sürcüsü arasında qarşıdurma yaranıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, “Azure” yaşayış kompleksi yaxınlığında baş verən hadisə videoya çəkilib.

Məlum olmayan səbəblərə görə, polis naryadı NİVA markalı avtomobili saxlayıb. Lakin onun sürücüsü maşından düşməyə etiraz edib.

Videodan göründüyü kimi, bir necə polis əməkdaşı sürücünü zorla maşından düşürüb xidməti avtomobilə yerləşdirmək istəyir. Sürücü ciddi müqavimət göstərib.

Hadisənin təfərrüatı haqda məlumat veriləcək.

BAKU.WS
VİDEO