SİZİN REKLAM BURADA!
055 213 76 73


Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

BAKU.WS "Azərbaycan Hava Yolları" QSC-ə (AZAL) istinadən xəbər verir ki, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

BAKU.WS