13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 

Bakıda iki qardaş post-patrul xidmətinin əməkdaşını döyüb. 
 
BAKU.WS-in Vesti.Az-a istinadla verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda qeydə alınıb. 

PPX-nin əməkdaşı ictimai asayişi pozan iki vətəndaşı nizam-intizam qaydalarına riayət etməyə çağırıb. Polisin bu iradı dələduzları qəzəbləndirib və münaqişənin yaranmasına səbəb olub. Nəticədə, iki qardaş polis əməkdaşını vurub.

Məlumata görə, 1988-ci il təvəllüdlü polis serjantı Vuqar Şahverənov zərər çəkib. 

Polisi vuran 1993-cü il təvəllüdlü Fərid və onun qardaşı 1994-cü il təvəllüdlü Elməddin Xənifəyev Astara rayonu sakinləridir. Polis əməkdaşı üz nayihəsindəki travmalarla xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS