SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

BAKU.WS “manset.az”a istinadən xəbər verir ki, AQTA tərəfindən keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Koroğlu Rəhimov küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;

2. Bakı şəhəri, Yasamal ‎‎rayonu, H.Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs “XS-500 Group” MMC-yə məxsus “Atlantis” restoranı.

AQTA tərəfindən cərimələnən "Atlantis" restoranı keçmiş millət vəkili, general-leytenant Əliağa Hüseynova məxsusdur.

BAKU.WS
QALEREYA