Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıb
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan sərhədini pozmağa cəhd göstərən 2 sərhəd pozucusu saxlanılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Kəlbəcərdə 39 yaşlı şəxs sursat partlayışı nəticəsində xəsarət alıb
Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi v...