AQTA 415 ictimai iaşə obyektində monitorinq keçirdi

24
avq
2021
18:29
2021-ci il avqustun 23-də ölkə üzrə 415 ictimai iaşə obyektində 703 monitorinq keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) BAKU.WS-ə verilən məlumata görə, monitorinqlər zamanı altı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular Bakı şəhəri, Yasamal, Binəqədi, Sabunçu, Xətai, Nərimanov rayonunda yerləşən ictimai iaşə müəssisələrində aşkar edilib.
Oxşar xəbərlər
AQTA daha 97 obyektdə nöqsan aşkarladı - SİYAHI
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respu...
