Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb
Hadisə 176

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib. 

BAKU.WS report-a istinadən xəbər verir ki, pasiyentin ölümünün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirməyin mümkün olduğu bildirilib. 

Qeyd olunub ki, mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb. 

Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.

Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.

*** 11:05

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.

BAKU.WS report-a istinadən xəbər verir, ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, rayonun Atakişili kənd sakini Abdullayeva Pərvanə Alı qızı xəstəxanada appendiksdən əməliyyat olunduqdan sonra halı pisləşib və ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər