VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"İyunun 17-dən 19-dək Azərbaycanda keçirilən Formula-1 yarışları zamanı ərazidə olan təcili tibbi yardıma təxminən 100-dən artıq müraciət olub. Müraciət edənlər arasında könüllülər və marşallar üstünlük təşkil edib”.

Bunu "Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti yerli vətəndaşlar tərəfindən olub.

Baş həkim qeyd edib ki, müraciətlərin çoxu baş, çiyin və göz ağrıları ilə bağlı olub: "Günvurma ilə bağlı heç bir müraciət daxil olmayıb. Yarış iştirakçılarından isə təcili tibbi yardıma müraciət edən olmayıb”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi iyunun 17-dən 19-dək Azərbaycanda keçirilən Formula-1 yarışları zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi yadım briqada ayırmışdı. Həmin briqadalar yolboyu xüsusi döngələrdə, təhlükəli zonalarda fəaliyyət göstəriblər. Eyni zamanda, ayrı-ayrı ixtisaslaşmış tibb müəssisələrindən 11 həkim yarış ərazisinə eazm olunmuşdu. Dəniz vağzalının yaxınlığında isə beynəlxalq tələblərə uyğun klinika açılmışdı ki, orada 30-a yaxın tibb işçisi çalışıb. Bu tibbi heyət ən yüksək hazırlıqlı cərrahlar, travmatoloqlar və rentgenoloqlardan ibarət olub. Tamaşaçılara və qonaqlara 6 səyyar tibbi briqada xidmət edib. Bundan əlavə, 9 məntəqədə həkim və feldşerlər növbə çəkib. Azərbaycan Tibb Universitetinin 75 könüllüsü də tamaşaçılar arasında olub.
 
BAKU.WS