SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün sosial şəbəkələrdə yayılan maraqlı foto ilə bağlı yol polisi tərəfindən araşdırma aparılacaq.

Baş Dövlət Yol polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, fotoda yol polisi əməkdaşının "London taksisi”nə motosikleti yerləşdirməyə cəhd etməsilə bağlı onlarda da məlumat var. Hazırda hadisənin təfərrüatları araşdırılacaq.

Lakin idarədən bildirdilər ki, Yol Hərəkəti Haqqında qanunda motosikletin hansısa nəqliyyat vasitəsilə daşınmasını qadağan edən müddəa yoxdur. Yəni əgər yerləşirsə polis motosikleti "London taksi” ilə apara bilər.


Qeyd edək ki, dünən sosial şəbəkələrdə yayılan fotolarda yol polisinin motosikletin sürücüsü və onun sərnişini olan qızı yerə düşürərək nəqliyyat vasitəsini cərimə meydançasına aparmağa cəhd etməsi iddia olunub. 

Hadisəni sosial şəbəkədə qeyd olunan kimi təqdim edirik:


"Elə oldu ki, yol polisi işçisi motosikletlə hərəkət edən qız-oğlan cütlüyünü saxlayır. Sənədləri yoxlayan zamanı mübahisə düşüb, yol polis işçisi qışqıraraq "gör indi sənin başıva nə açıram”- deyib, yoldan keçən "badımcan” taksini saxlayır, qapını açıb motosikleti götürüb zorla içinə yerləşdirir.


Bu an taksi sürücüsü narazılığını bildirki ki bəs "ay kişi sən nə edirsən, bu adam daşımaq üçün taksidi, evakuator deyil!...”


Polis cavab qaytarır ki "Kəs səsini, mənə ağıl öyrətmə, bu gün də evakuator kimi işləyərsən heç nə olmaz, davay sür bölməyə"... Motosikletdən düşürülən qız-oğlan və ətrafdakılar sakitcə kənarda durub polisin bu biabırçılığına gülərək tamaşa edirdilər”.

 

Ziya Səccad
BAKU.WS