VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bununla bağlı FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***15:00

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Heydər Əliyev prospektində baş verən yanğınla bağlı məlumat yayıb.

BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Əlavə məlumat veriləcək.

**14:51

Bakıda Heydər Əliyev prospektində yol kənarında yanğın başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, yanğın yol kənarında tikililərdən birində qeydə alınıb.

Hazırda alovun ətraf ərazilərə keçməsinin qarşısının alınması üçün yanğınsöndürənlər tərəfindən tədbirlər görülür.

Hadisə nəticəsində Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKU.WS
VİDEO

QALEREYA