Neftçalada yol qəzası olub, xəsarət alan var

26
iyl
2021
23:37
Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, Neftçala şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Əmrah oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı maneəyə çırpılıb. Sürücü qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. V.Məmmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Arvadını onun yanında uzandığını gördü” - “Sünnət toyu”nu yasa çevirən hadisə
Sentyabrın 16-da Şamaxı rayonunda baş verən dəhşətli hadisənin müəmmalı tərəfləri hələ də açılmayıb. Bir saatın içərisində bir nəfər öldü, digəri ölümcül yarala...
