Bakı-Quba yolunda qəza olub - FOTO

Bakı-Quba yolunda qəza baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza magistralın 27-ci kilometrliyində, yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobil qarşıda olan “Volksvagen” markalı avtomobilə çırpılıb.
Zərbənin gücündən “Volksvagen” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dəmir arakəsməyə çırpıb.
“BMW” markalı avtomobil isə ərazidə yeni inşa olunan körpünün beton piltəsinə dəyib. Hər iki avtomobilə ciddi ziyan dəysə də, ciddi xəsarət alan olmayıb.
Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO
Sumqayıt şəhərin Koroğlu prospektində zəncirvari qəza qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Hyundai Elantra” markalı avtomobilin sürücüsü idar...