Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO

11
dek
2020
23:28
Sumqayıt şəhərin Koroğlu prospektində zəncirvari qəza qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Hyundai Elantra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətdə olan 9 nömrəli marşrut avtobusa çırpıb.
Avtobus zərbənin gücündən “Daewoo Espero” markalı avtomobilə dəyib.
Qəza nəticəsində “Hyundai Elantra” markalı avtomobilin sürücüsü xəsarət alıb.
Əraziyə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Yağışlı havada Bakıda baş verən qəzalar - VİDEO
Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə etdiyi üçün sürücü sükana nəzarəti itirərək avt...