12 mərtəbəli yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB

12 mərtəbəli yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB
Video
Hadisə 201

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***12:38

Sumqayıt yolunda yerləşən yüksəkmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə hadisə şahidi Bəyim Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə Mehdi Hüseynzadə küçəsi 26 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində qeydə alınıb. İlk yanğın binanın elektrik xətlərində başlayıb.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardımın əməkdaşları cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər