Bakıda dəhşət! Qardaş qardaşını qorumaq üçün özünü maşının altına atdı - VİDEO

Bakıda dəhşət! Qardaş qardaşını qorumaq üçün özünü maşının altına atdı - VİDEO
Video
Hadisə 4727

Ötən gün Bakının Qaradağ rayonunda iki qardaşı maşın vurub.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətt”inə verdiyi məlumata görə, qəza axşam saat 20 radələrində qeydə alınıb.

Belə ki, iki qardaş piyada xəttinin üstündən dayanacağa keçmək istəyərkən yüksək sürətlə hərəkət edən “Mercedes-Vito” markalı avtomobil onları vurub.

Qardaşlardan biri aldığı xəsarətdən vəfat edib, digəri isə yaralanıb.

Hadisə şahidləri bildiriblər ki, vəfat edən şəxs qardaşını qorumaq üçün özünü qabağa verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər