SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini Məhəmməd Qədimov idarə etdiyi “Nissan Sunny” markalı minik avtomobilini yolun kənarına aşırıb. Hadisə nəticəsində onun 12 yaşlı qızı Rüqayyə Qədimli xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı həmçinin bir sərnişin də yüngül xəsarət alıb və ona ambulator tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS